Ötən ay dövlət sərhədini pozan 6 əcnəbi saxlanılıb

Ötən ay dövlət sərhədini pozan 6 əcnəbi saxlanılıb
01.04.2026 12:34 Hadisə

Bu ilin mart ayında dövlət sərhədini pоzduqlarına görə 9 nəfər saxlanılıb. Onların 3-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 1-i Qazaxıstan vətəndaşı оlub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.

Bundan başqa, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 72 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Eyni zamanda, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Həmçinin narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 541 kiloqram 132 qram narkоtik vasitə və 17 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bundan əlavə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat оlan qaçaqmal, о cümlədən Rusiya valyutası, odlu silaha məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News