Lənkəranda yol qəzası - 3 nəfər xəsarət aldı

Lənkəranda yol qəzası - 3 nəfər xəsarət aldı
17.05.2025 20:40 Hadisə

Lənkəranda yol qəzası baş verib.

TodayPress Tv xəbər verir ki,  üç nəfərin xəsarət aldığı qəza Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Azriba deyilən ərazidə qeydə alınıb.

Lənkəran rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Yaqub oğlu Rəhimov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısını küçə iti çıxıb. İdarəetməni itirən avtomobil körpüyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər sürücünün həmkəndliləri 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. K. Qurbanova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicələri müvafiq şöbədə davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev açıqlamasında deyib ki, xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir:

"Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.İki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir. Bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb".

XƏBƏR LENTİ
31 MAY 2026
Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər