FHN Xəzər dənizində təlim keçirdi

FHN Xəzər dənizində təlim keçirdi
02.06.2025 12:47 Hadisə

Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində təlim keçirib. 

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə düşən hissəsində təlim keçirilib. 

“Su hövzələrində xilasetmə və dalğıc-axtarış işlərinin aparılması” mövzusunda keçirilən təlimdə sözügedən qurumlarla yanaşı, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi və Tibb Xidmətinin əməkdaşları iştirak edib. 

Təlim sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi məqsədilə keçirilib. 

Təlim zamanı nəzarət olunan ərazidə gəzinti qayığının dənizdə “batma təhlükəsi ilə üzləşməsi” və qayığın göyərtəsində vətəndaların “köməksiz vəziyyətdə qalması” və 1 nəfərin isə “suda batması” barədə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri operativ qaydada “hadisə yerinə” cəlb olunub. Xilasedicilərin çevik müdaxiləsi nəticəsində “qəzaya uğramış” qayıqda “köməksiz vəziyyətdə qalmış” vətəndaşlar təxliyə edilib, “suda batmış” 1 nəfərin “cəsədi” tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, təlimi təcrübə məqsədilə FHN Akademiyasının kursantları izləyib.

FOTOLAR

FHN Xəzər dənizində təlim keçirdi — 1
FHN Xəzər dənizində təlim keçirdi — 2
FHN Xəzər dənizində təlim keçirdi — 3
FHN Xəzər dənizində təlim keçirdi — 4
FHN Xəzər dənizində təlim keçirdi — 5
FHN Xəzər dənizində təlim keçirdi — 6
FHN Xəzər dənizində təlim keçirdi — 7
FHN Xəzər dənizində təlim keçirdi — 8
FHN Xəzər dənizində təlim keçirdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər