“102”yə əsassız zənglər etdi, həbs olundu

“102”yə əsassız zənglər etdi, həbs olundu
11.06.2025 02:33 Hadisə

Masallıda sərxoş kişi öz başına iş açıb.

TodayPress TV  Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qızılağac kəndində yaşayan 40 yaşlı Əbdül Süleymanov (şərti ad-soyadlı) Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə dəfələrlə zəng edərək faktlara əsaslanmayan şikayətlər səsləndirib və mərkəzi lüzumsuz yerə məşğul edib.

Sonuncu dəfə o, sərxoş vəziyyətdə dayısı ilə mübahisə etdikdən sonra "102”yə ardıcıl zəng edib, əsassız şikayətlər bildirib.

Məsələni araşdırmaq üçün polis əməkdaşları Qızılağac kəndinə gedib. Əbdül isə polisin suallarına cavab verməkdən yayınıb, nalayiq hərəkətlər edərək tabesizlik göstərib.

Hərəkətlərinə görə onun barəsində inzibati xəta protokolu tərtib olunub və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Masallı Rayon Məhkəməsinin qərarı ilə Ə. Süleymanov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka həbs edilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər