TKTA akademik şəhadətnamə əldə etmək istəyənlərə müraciət etdi

TKTA akademik şəhadətnamə əldə etmək istəyənlərə müraciət etdi
10.06.2025 11:07 Elm və Təhsil

Təhsildə Keyfiyyətin Təminatı Agentliyi köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciət edib.

Bu barədə TodayPress TV-yə Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən məlumat verilib.

Müraciətdə qeyd olunub ki, xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun olaraq həyata keçirilir.

"Qaydaların 5.9-cu bəndinə əsasən xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir. Ərizəçinin kvalifikasiyası qismən tanındıqdan sonra o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ əldə edir.

Köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir.

Qismən tanınma şəhadətnaməsi ilə əlaqədar olaraq xüsusilə qeyd etmək istərdik ki, bu sənəd sahibinə sadəcə Azərbaycan Respublikasınını ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir.

Bildiririk ki, köçürülmə prosesi yay mövsümündə başlayacağı üçün iştirak edəcək şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən şəxslərdən 30 iyun saat 18:00-dək TKTA-ya müracət etmələri xahiş olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.

Xüsusilə qeyd etmək istəyirik ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.

Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:

1. Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürü ilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün:https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#legalization);

2. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır;

3. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətində əldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır;

4. Müraciətçinin təqdim etdiyi akademik transkript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən yekun təhsil sənədi olmalıdır.

5. Müraciətçinin təqdim etdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariat qaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün:https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#required-documents-207);

Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) olması arzuolunandır", - Agentlikdən bildirilib.

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər