Naxçıvanda “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı keçirildi

Naxçıvanda “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı keçirildi
28.11.2025 22:01 Elm və Təhsil

Noyabrın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” lahiyəsinin təqdimatı və təhvil-təslim mərasimi keçirilib.

TodayPress TV "APA"ya istinadən xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov dövlət başçısının rəhbərliyi və xüsusi qayğısı ilə ölkəmizdə təhsilin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb, bu işlərin Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunduğunu vurğulayıb. Səlahiyyətli nümayəndə qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsilin inkişafı əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahədə çoxsaylı layihələr icra olunur.

Ceyhun Cəlilov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf edən əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin muxtar respublikanın təhsil müəssisələrində interaktiv tədrisin təşkili və təhsilalanların bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini bildirib, lahiyənin icrasında əməyi keçən hər kəsə təşəkkür edib.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan-Çin əlaqələrinin inkişafı fonunda elm və təhsil sahəsində də əlaqələrin dərinləşdiyini vurğulayıb. Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu səfərini xatırladan nazir bildirib ki, səfər çərçivəsində digər istiqamətlərlə yanaşı, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol imzalanıb. Bu əlaqələrin tərkib hissəsi olaraq “İnteraktiv təhsil yardımı” layihəsinin icra olunması ölkəmizdə bu sahədə qabaqcıllar sırasında olan Naxçıvan Muxtar Respublikasında təhsilin innovativ əsasda daha intensiv inkişafına şərait yaradacaq.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey bildirib ki, son illər iki ölkə liderlərinin qayğısı və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Bu il Prezident cənab İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı dövlət başçıları əlaqələrin “Hərtərəfli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini elan ediblər.

Vurğulanıb ki, “İnteraktiv təhsil yardımı” layihəsi Çin hökumətinin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf strategiyasına və Elm və Təhsil Nazirliyinin rəqəmsal transformasiya planlarına dəstəyini göstərir. 2019-cu il hökumətlərarası razılaşmasından sonra hər iki tərəfin xüsusi diqqətində olan layihə bu gün uğurla tamamlanır.

Səfir Lu Mey Çin tərəfinin Naxçıvan Muxtar Respublikası ilə təhsil və rəqəmsal texnologiyalar sahəsində regional əməkdaşlığı bundan sonra da dəstəkləyəcəyini bildirib və layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonra “İnteraktiv təhsil yardımı” layihəsi barədə ümumi məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində data mərkəzi və idarəetmə otağı yaradılıb, nazirliyə tabe müəssisələrdə isə müvafiq texniki infrastruktur qurulmaqla vahid elektron platforma istifadəyə verilib. Data mərkəzi 4 hissədən ibarət olmaqla, 38 serverdən, soyutma və idarəetmə sistemindən ibarətdir. İnteraktiv qoşulmanın daha keyfiyyətli və operativ təşkili məqsədilə STEAM Mərkəzi və təhsil müəssisələrinin hər birində 2 smart lövhə quraşdırılıb, 2300 planşet şagirdlərin istifadəsinə verilib.

Tədbirdə nazirliyin idarəetmə otağı və STEAM Mərkəzinin imkanları nümayiş etdirilib, sistemə qoşulan təhsil müəssisələri arasında bağlantının monitorinqi aparılıb. Bildirilib ki, sistemə real vaxt rejimində və sonradan qoşulmaqla STEAM Mərkəzində keçirilən dərsləri izləmək mümkündür. Pilot layihə olaraq hazırda 24 təhsil müəssisəsi yeni elektron təhsil platformasına inteqrasiya olunub. Növbəti mərhələdə muxtar respublikanın digər təhsil müəssisələrinin də bu sistemə qoşulması nəzərdə tutulur.

Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsinə dair təhvil-təslim aktı imzalanıb. Aktı Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov imzalayıblar.

Sonda xatirə fotosu çəkdirilib.

TodayPress TV

PHOTOS

Naxçıvanda “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı keçirildi — 1
NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News