Ekspert: “Dərsliklər şagirdlərin yaşına uyğun deyil”

Ekspert: “Dərsliklər şagirdlərin yaşına uyğun deyil”
10.12.2025 15:21 Elm və Təhsil

Təhsil naziri Emin Əmrullayevin “Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil” açıqlamasından sonra tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanacağı bildirilib.


Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, problem yalnız iki fənlə məhdudlaşmır, ümumilikdə orta məktəb proqramlarında ciddi uyğunsuzluqlar var:

"Tarix və biologiya yox, mənə görə, əksər fənlərdə proqramlar ciddi şəkildə dəyişməlidir. Xüsusilə yuxarı siniflərdə vəziyyət yaxşı deyil. Proqramın qəbul imtahanına uyğunlaşdırılması mütləqdir. Hal-hazırda yuxarı sinif şagirdlərinin məktəbdən yayınmasının əsas səbəbi də budur".


Ekspert əlavə edib ki, bir çox fənlər üzrə yuxarı siniflərdə tədris olunan mövzular ümumi qəbul proqramının çox kiçik hissəsini təşkil edir:

"Məsələn, 10-11-ci sinifdə riyaziyyat fənninin sadəcə 5-10 faizi tədris olunur. Azərbaycan dili fənnində də eyni vəziyyətdir. Qalan mövzular aşağı siniflərə paylanıb. 5-ci sinifdə keçilən mövzunu 11-ci sinifdə şagird xatırlamır. Bu səbəbdən uşaqlar məktəbdən yayınır, kənar hazırlığa üz tutur".

Ramin Nurəliyev qeyd edib ki, dərsliklərin çətinliyi şagirdləri əlavə hazırlığa məcbur edir:

"5-ci sinifin dərsliyinə baxırsan ki, sinif səviyyəsinə uyğun deyil. 6-cı sinifdə də eyni vəziyyətdir. İbtidai sinif dərslikləri isə ümumiyyətlə həddindən artıq çətindir. Bu çətinliklərə görə şagirdlər əlavə dəstək almağa məcbur olur. Repetitorluğun əsas səbəbi də budur".


Onun sözlərinə görə, kurikulum sistemi tətbiq edilərkən proqramlar həddindən artıq ağırlaşdırılıb və bu da nəticədə şagirdlərin məktəbdən uzaqlaşmasına gətirib çıxarıb. Ekspert çıxış yolunu proqramların köklü şəkildə yenilənməsində görür:

"Mütləq bütün fənlər üzrə proqram sadələşdirilməlidir. Yuxarı siniflərdə isə ali məktəbə qəbul proqramına uyğunlaşdırmaq vacibdir. Əks halda, eyni problemlər davam edəcək. Həmçinin imtahan və tədris sistemi illərdir getdikcə çətinləşdirilir, lakin bu, təhsilin keyfiyyətini artırmır. Biz çətinləşdirməklə heç nə öyrətmirik, əksinə, problemləri artırırıq. Ona görə də hər bir fənn üzrə proqram yenilənməli, daha səmərəli və əlçatan edilməlidir".

R.Nurəliyev hesab edir ki, sadələşdirilmiş və uyğunlaşdırılmış proqramlar tətbiq olunsa, həm şagirdlərin məktəbə marağı artar, həm də təhsildə real nəticələr əldə edilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 All News