Dərdləşənlər, fala baxanlar, dərs oxuyanlar - Azərbaycanlı tələbələr "ChatGPT"dən necə istifadə edirlər? – SORĞU

Dərdləşənlər, fala baxanlar, dərs oxuyanlar - Azərbaycanlı tələbələr "ChatGPT"dən necə istifadə edirlər? – SORĞU
13.01.2026 12:14 Elm və Təhsil

Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da "ChatGPT" artıq tələbələrin gündəlik və akademik həyatının bir parçasına çevrilib. Gənclər artıq çətinlik çəkdikləri mövzularda ilk olaraq "süni intellekt"in qapısını döyürlər.  

Akademik araşdırmaların aparılmasından imtahan öncəsi biliklərin möhkəmləndirilməsinə, mürəkkəb elmi anlayışların sadələşdirilməsindən yaradıcı layihə təkliflərinə qədər müxtəlif məqsədlər üçün istifadə edilən “ChatGPT” bir çox tələbə üçün “virtual bələdçi” rolunu oynayır. Lakin süni intellektin belə sürətli yayılması hər kəs tərəfindən eyni sevinclə qarşılanmır. 

Müəllimlərin bir qismi düşünür ki, süni intellekt tələbələri tənbəlləşdirir və onların müstəqil düşünmə qabiliyyətini zəiflədir. Hətta bunu "akademik oğurluq" kimi görənlər də az deyil. Tələbələr isə əksinə, onun öyrənmə prosesini asanlaşdırdığını, ən qəliz mövzuları belə bir neçə saniyəyə izah etdiyini və vaxt itkisini azaltdığını bildirirlər.  

Bəs reallıqda vəziyyət necədir? Azərbaycanlı tələbələr “ChatGPT”dən hansı məqsədlərlə istifadə edirlər? Süni intellekt həqiqətən də öyrənməyə kömək edir, yoxsa bizi getdikcə asılı vəziyyətə salır? 

Bu suallara cavab tapmaq üçün TodayPress TV olaraq, müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında sorğu apardıq.  

Sumqayıt Tibb Kollecinin tələbəsi Ceyran Qurbanova: “Mühazirə materialları bəzən çox mürəkkəb və qısa olur. Məlumatları süni intellektə göndərərək daha sadə, anlaşıqlı, elmi dildən uzaq, həmçinin geniş izahlar tələb edirəm. Bundan əlavə, sərbəst işlərin hazırlanması zamanı mövzu seçimi və məlumatların toplanması üçün də “ChatGPT”dən istifadə edirəm. Əczaçılıq ixtisasında təhsil aldığım üçün dərmanların və bitkilərin tərkibi, eləcə də onların hansı xəstəliklər üçün istifadə olunması barədə məlumat əldə etməkdə bu proqram mənə kömək edir”. 

Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Xədicə Məmmədli: “ChatGPT”dən əsasən dərs mövzularını daha yaxşı anlamaq və tapşırıqlarla bağlı izah almaq məqsədilə istifadə edirəm. Bununla yanaşı, konspektlərin hazırlanması, mətnlərin yazılması və tərcümə edilməsi üçün də bu proqram mənim üçün faydalıdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Sevinc Rüfətqızı: “ChatGPT”  bir çox hallarda mənə yanlış və ya qeyri-dəqiq cavablar verir. Xüsusilə tarix fənni ilə bağlı verdiyim suallarda məlumatların qeyri-dəqiqliyi problem yaradır. Səhv cavabı yalnız mən düzəliş etdikdən sonra düzəltməyə çalışır ki, bu da mənim üçün qəbuledilən deyil. Üstəlik, yeni nəşrlərə əsaslanan məlumatlara ehtiyacım olur, bu imkan isə platformada hər zaman mövcud deyil. Bəzi hallarda platforma məlumatlara yalan və ya uydurma detallar əlavə edir. Bu səbəbdən onu etibarlı mənbə kimi qəbul etmək çətindir. Fikrimcə, "ChatGPT” heç vaxt insan düşüncəsini tam şəkildə əvəz edə bilməz. Həmçinin proqramdan davamlı istifadə müəyyən qədər tənbəllik yaradır”.

Bakı Mühəndislik Universitetinin tələbəsi Murad Əsgərli: “Əvvəllər hər hansı bir sualın cavabını tapmaq üçün “Google”da axtarıb tapırdım. İndi isə həm dərslərimlə bağlı mövzularda, həm də gündəlik maraq dairəmdə olan məsələlərdə birbaşa “ChatGPT”yə müraciət edərək daha sürətli cavab alıram”. 

Bakı Avrasiya Universitetinin tələbəsi Zəhra Mirzəyeva: “Platformadan mühazirələrin qısaldılması, mövzu ilə bağlı əlavə məlumat əldə edilməsi, imtahanlara hazırlıq zamanı dəstək almaq məqsədilə istifadə edirəm. Bundan əlavə, ixtisasımla bağlı ədəbi əsərlərin məzmununu daha aydın şəkildə öyrənmək üçün də “ChatGPT”yə müraciət edirəm”.   

Bakı Ali Neft Məktəbinin tələbəsi Validə Alizadə: “Süni intellektdən gündəlik istifadə edirəm. Daha çox dərslə bağlı mövzularda mənə kömək edir. Bununla yanaşı, bəzən yediyim qidaların tərkibini öyrənmək istədikdə və ya hər hansı təsadüfi bir mövzuda fikir dəstəyinə ehtiyacım olduqda da müraciət edirəm”.  

Qarabağ Universitetinin tələbəsi Səkinə Bayramzadə: “Hazırda bu platformadan az istifadə edirəm. Bunun səbəbi bəzi istifadəçilərin ondan düzgün şəkildə yararlanmamasıdır. Halbuki, “ChatGPT” düzgün və məqsədyönlü şəkildə istifadə edildikdə olduqca faydalı bir proqramdır”. 

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aydan Qasımova: “Gündəlik nəyisə öyrənmək istədikdə daha çox “ChatGPT”yə müraciət edirəm, “Google” artıq əsas seçimim deyil. Həmçinin imtahana hazırlaşanda sualları qısaltmaq və daha anlaşıqlı formaya salmaq üçün də bu platformadan istifadə edirəm. Ən çox dərslə bağlı suallar verirəm, bəzən isə sadəcə əyləncə üçün qəhvə falına baxdırıram”. 

Sumqayıt Peşə Təhsil Mərkəzinin tələbəsi Ədalət Əliyev: “Proqramdan gün ərzində 2-3 saat istifadə edirəm. Bu müddət əsasən gündəlik dərslərimlə bağlı suallar vermək və əlavə mövzular üzərində işləməklə keçir. Verdiyim suallar isə ixtisasım üzrə daha əhatəli və faydalı məlumatlar toplamağıma kömək edir”.

Aysel Mətləb 

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News