“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı

“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı
17.06.2025 17:40 Elm və Təhsil

“Balakhani Operating Company LTD” (BOC) şirkəti “ADA” Universiteti ilə tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə əməkdaşlıq edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə iki təsisat arasında bağlanılan Anlaşma Memorandumunda deyilir.

Bu gün Universitetin tədris mərkəzində rektor Hafiz Paşayev və BOC prezidenti Rövşən Rzayev tərəfindən imzalanan sənədə əsasən, hasilat şirkəti ADA Universiteti və ADA Fondu tərəfindən irəli sürülən elmi-tədqiqat layihələrinə, tələbələrin peşə təcrübəsinin artırılmasına dəstək verəcək.

Görüşdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, tarixən neft sahəsində çalışan mühəndislər, geoloqlar cəmiyyətimizin dəyərli ziyalıları arasında yer alıblar. Azərbaycan iqtisadiyyatında vacib yer tutan neft sənayesi bu günə qədər ağır zəhmət tələb edən şərəfli sahədir. Müasir dövrdə hasilat sənayesində texnoloji elmi-tədqiqatların yeri günü-gündən genişlənməkdədir. Azərbaycanda neft hasilatı ənənələrinin və təcrübənin müasir idarəetmə və tədqiqatlarla birləşməsi gözəl nəticələr verməkdədir.

BOC prezidenti Rövşən Rzayev isə bildirib ki, hasilat şirkətinin fəaliyyət göstərdiyi Abşeronun ən iri yatağı - Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı iki yüz ilə yaxın istismar olunsa da, torpağın qorunması, təbii resursların dayanıqlığı və ekoloji mühafizə istiqamətində həyata keçirilən işlər, xüsusilə sovet dövründə aşağı səviyyədə idi. Son illər “Balakhani Operating Company LTD” tərəfindən lay suların utilizə edilərək torpaq qatlarına qaytarılması, tullantılara məruz qalan ərazilərin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsi, çox sayda yaşıllıq zolaqlarının salınması hasilata müsbət təsir göstərməklə yanaşı ölkəmizin təbii ehtiyatlarının dayanıqlığının təmin edilməsinə də töhfə verir.

Görüşün sonunda BOC adından “ADA” Universitetinə kətan üzərində neftlə işlənmiş “Xudafərin” rəsm əsəri təqdim olunub. ADA isə qonaqlarına görkəmli alim və ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru Musa Əliyevin memuarlarını əhatə edən “Ömrüm” nəşrini hədiyyə edib.

FOTOLAR

“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı — 1
“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı — 2
“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı — 3
“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı — 4
“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı — 5
“ADA” Universiteti və BOC arasında Memorandum imzalandı — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər