Elnur Nəsibov vəzifəsindən ayrıldı

Elnur Nəsibov vəzifəsindən ayrıldı
01.10.2025 23:55 Elm və Təhsil

Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov vəzifəsindən ayrılıb.

TodayPress TV-nin məlumatına görə, o, öz ərizəsi əsasında vəzifəsindən azad olunub.

Elnur Nəsibov 12 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 1999-cu ildə Beynəlxalq Münasibətlər üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər