Uitaker: "Çin Ukrayna münaqişəsini bir telefon zəngi ilə həll edə bilər"

Uitaker: "Çin Ukrayna münaqişəsini bir telefon zəngi ilə həll edə bilər"
14.02.2026 10:00 Dünya

Çin Rusiya Prezidenti Vladimir Putin-ə bir telefon zəngi etməklə Ukraynadakı münaqişəyə “sabah” son qoya bilər. 

TodayPress TV  "Blomberg"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin  NATO-dakı səfiri Metyu Uitaker Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Çin sabah Vladimir Putinə zəng edərək hərbi əməliyyatlara son qoya bilər. Həmçinin Rusiyaya ikili təyinatlı texnologiyaların satışını və Rusiya neft-qazının alışını dayandıra bilər”, – deyə Uitaker vurğulayıb.

Səfirin sözlərinə görə, Çin Ukraynadakı münaqişədə Rusiyanı “tam dəstəkləyir”.

O qeyd edib ki, hərbi əməliyyatlar başlayandan bəri Rusiya və Çin tərəfdaşlıqlarını daha da gücləndiriblər.

Uitaker iddia edib ki, Rusiya dronlar və digər hərbi texnika üçün zəruri hissə və komponentlərin tədarükündə Çindən asılıdır. Onun sözlərinə görə, Çin eyni zamanda Rusiya xam neftinin ən böyük alıcısıdır və bu səbəbdən Pekin böhranın həllində Moskvanın mövqeyinə təsir göstərə bilər.

Qeyd edək ki, fevralın 13-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdüyünü açıqlayıb. Daha sonra Vanq Yi Ukraynaya humanitar yardım göstərilməsi planlarını bəyan edib.

Yanvarın sonunda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Çin tərəfləri gərginliyin azaldılması və eskalasiyanın qarşısının alınması istiqamətində addımlar atmağa çağırır.

Uitaker daha əvvəl ABŞ-nin Ukraynaya sülh əldə olunana qədər silah tədarükünü davam etdirəcəyini də bəyan etmişdi.

TodayPress TV

Jalə Rövşən 

NEWS FEED
02 JUNE 2026
Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 All News