Tramp Ramafosaya qarşı “Zelenski ssenarisi”ni təkrarladı

Tramp Ramafosaya qarşı “Zelenski ssenarisi”ni təkrarladı
22.05.2025 09:37 Dünya

ABŞ prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosaya qarşı Oval kabinetdə əvvəlcə Ukrayna prezidenti Volodimir Zelenski ilə yaşanan qalmaqala bənzər “öncədən planlaşdırılmış” situasiya yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Məqalə müəlliflərinin fikrincə, Tramp bu görüşdən daxili auditoriyasına xoş gəlmək üçün istifadə edib:

“Bu dəfə Tramp Cənubi Afrika prezidenti Ramafosanı hədəfə alıb. Eynilə, o və vitse-prezident Ceyms Devid Vens fevralın sonunda prezident Zelenskiyə qarşı da oxşar tənqidi mövqe sərgiləmişdi”.

Qəzet yazıb ki, görüş Zelenski ilə olandan daha sakit keçsə də, Trampın Oval kabinetdə işıqları azaldaraq Cənubi Afrikalı siyasətçilərin təhrikedici çıxışlarından ibarət video nümayiş etdirməsi “əvvəldən qurulmuş pusqu” təsiri bağışlayıb.

Prezident Ramafosa həmin iddiaları təkzib etsə də, Zelenski üslubunda açıq qarşıdurmaya girməyib və Cənubi Afrika hökumətinin ağdərililərə qarşı təzyiqləri dəstəklədiyi iddialarını rədd edib.

“The Hill” daha əvvəl yazmışdı ki, Ramafosanın müşavirləri Vaşinqton səfəri zamanı prezidentin Oval kabinetdə Trampdan “sərt qarşılanma” görəcəyindən ehtiyat edirdilər. Tramp isə bir qədər əvvəl “Zelenski Afrikada nə cəhənnəm axtarırdı?” sualını gündəmə gətirmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər