Tramp Kirkin qətlindəki şübhəli barədə danışdı
ABŞ-də mühafizəkar siyasi fəal Çarli Kirkin qətli ilə bağlı saxlanılan şəxs Yuta ştatında dindirilir.
TodayPress TV xəbər verir ki, Donald Tramp onun haqqında danışıb:
“Kirki öldürməkdə şübhəli şəxsi ona çox yaxın olan biri təhvil verib”.
Tramp əlavə edib ki, hazırda istintaq şübhəlinin cinayətdə hər hansı şərikinin olub-olmaması barədə məlumata malik deyil. Onun sözlərinə görə, məhkəmə təqsirləndirilən şəxsə ən ağır cəzanı verməlidir. İlkin versiyalara əsasən, Kirkin qatilinin ABŞ-dəki ali məktəblərin birində təhsil aldığı ehtimal olunur.
Hadisədən dərhal sonra müşahidə kamerası qara geyimli kişinin sığınacaqdan çıxaraq silahı tulladığını və ərazidən uzaqlaşdığını qeydə alıb.
Qiymət Mahir