Stavropolda hərbi hissə yaxınlığında partlayış - Xəsarət alan var

Stavropolda hərbi hissə yaxınlığında partlayış - Xəsarət alan var
22.10.2025 22:50 Dünya

Rusiyanın Stavropol şəhərində hərbi hissə yaxınlığında yerləşən trolleybus dayanacağında partlayış olub.

TodayPress TV Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə bir qadın qəlpə yaraları alıb və bud və baldır nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Serov küçəsindəki 247-ci qvardiya desant-hücum alayının yaxınlığında baş verib.

İlkin məlumata görə, dayanacaqda partlayıcı qurğu işə düşüb. Qurğunun növü hazırda mütəxəssislər tərəfindən müəyyən edilir.

Əraziyə ölkənin Daxili İşlər Nazirliyinin və hərbi polisin əməkdaşları cəlb olunub, hadisə yerinə fövqəladə xidmətlər yönləndirilib.

Son məlumata əsasən, partlayışla əlaqədar şübhəli şəxs saxlanılıb.

İlkin versiyaya görə, həmin şəxs partlayıcı qurğunu uşaq arabasında qoyub. Hazırda o, dindirilmək üçün hərbi hissənin ərazisinə aparılıb.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezidentdən Mattarellaya təbrik: "İtaliya Azərbaycanın yaxın dostudur" 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Bütün Xəbərlər