"SR Space" aerokosmik holdinqi müflis elan edildi

"SR Space" aerokosmik holdinqi müflis elan edildi
25.08.2025 18:45 Dünya

Moskva Arbitraj Məhkəməsi özəl aerokosmik holdinq olan "SR Space" şirkətini rəsmi şəkildə müflis elan edib və onunla bağlı konkurs prosesinin başlanmasına qərar verib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat məhkəmənin sənədlər bazasında yer alıb.

Qərarda qeyd olunub ki, iş üzrə məhkəmə iclası başa çatıb və borclunun müflis elan edilməsi qərara alınıb.

Məsələ ilə bağlı açıqlama verən holdinqin Baş direktoru Oleq Mansurov bildirib ki, hələ heç nə sona çatmayıb və "SR Space" məhkəmə qərarını apellyasiya qaydasında ləğv etdirməyə çalışacaq.

"Biz məhkəmə iclasının təxirə salınması üçün müraciət etmişdik və indi qərarın ləğvi üçün mübarizə aparacağıq. Bunun üçün bizim 15 gün vaxtımız var", - deyə Mansurov bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarı şirkətin mövqeyini dinləmədən qəbul olunub. 

"Bütün öhdəliklərimiz tərəfdaş və podratçılar qarşısında qüvvədə qalır və yaxın vaxtlarda tam şəkildə yerinə yetiriləcək. Şirkət fəaliyyətini davam etdirir", - deyə "SR Space" rəhbəri vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 IYUN 2026
Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Bütün Xəbərlər