Rusiyada qəza - 13 nəfər öldü

Rusiyada qəza - 13 nəfər öldü
21.07.2025 23:50 Dünya

Yakutiyada (Rusiya) “Denisovski” mədən-emalı kompleksinin ərazisində avtobusun aşması nəticəsində 13 nəfər həlak olub, 20 nəfər zərər çəkib.

TodayPress TV xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin dəqiqləşdirilmiş məlumatlarına əsasən, avtobusda cəmi 33 nəfər olub. On zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır. Daha 10 nəfərə ambulator yardım göstərilib.

Yakutiyanın rəhbəri Aysen Nikolayevin sözlərinə görə, müəssisənin işçilərini daşıyan avtobus texnoloji yoldan çıxıb. Hadisə yerində təcili tibbi yardım xidmətləri işləyir, Yakutskdan tibbi briqadanın olduğu təcili tibbi yardım təyyarəsi yola düşüb.

İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, növbəli iş rejimində çalışan işçilərin həlak olması və xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb. Faciənin başvermə səbəbinin və şəraitinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq tədbirləri həyata keçirilir

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər