Qlobal şirkətlər 100 mindən çox işçini ixtisar etdi
"Amazon", "UPS", "Nestlé", "Intel" və "Microsoft" kimi nəhəng şirkətlər səmərəlilik və məhsuldarlıq məqsədləri ilə 100 mindən çox işçini ixtisar edib.
TodayPress TV xəbər verir ki, şirkətlər süni intellektə yönələn sərmayələri artırmaqla yanaşı, durğun istehlak tələbi, artan xərclər və zəif artım perspektivinə görə struktur dəyişikliklərini sürətləndirirlər.
Nəticədə, iş yerləri əsasən texniki və istehsalat sahələrində qalır. Bu vəziyyət ixtisaslı mütəxəssislər və yeni məzunlar üçün əmək bazarında rəqabət təzyiqini artırır. Təkcə bu ay ABŞ-də 25 min, Avropada isə 20 mindən çox insanın işdən azad edildiyi açıqlanıb.
"Amazon", "UPS", "Nestlé", "Target" və "Accenture" kimi şirkətlərin də bu siyahıda yer alması, yaxın dövrdə qlobal əmək bazarında balansın dəyişə biləcəyindən xəbər verir.
Türkan İsgəndərli