İsrail Suriyaya hava zərbələri endirdi

İsrail Suriyaya hava zərbələri endirdi
09.09.2025 11:25 Dünya

İsrail Suriyada Homs, Latakiya və Palmira yaxınlığında bir sıra hava zərbələri həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Zərbələr sentyabrın 8-nə keçən gecə baş verib və regionda gərginliyin yenidən artmasına səbəb olub.

Suriya Xarici İşlər Nazirliyi hücumları kəskin şəkildə pisləyərək, onları ölkənin suverenliyinə "kobud müdaxilə" və bütün regionun təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb. Rəsmi Dəməşq bu zərbələri İsrailin son aylarda genişləndirdiyi hərbi fəaliyyətlərin davamı kimi qiymətləndirib.

Suriya mediası zərbələr nəticəsində ciddi dağıntı və ya tələfat barədə məlumat verməyib. İsrail tərəfi isə hələlik məsələyə rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, bu, İsrailin Suriyada həyata keçirdiyi ilk hücum deyil. İyulun 16-da İsrail Silahlı Qüvvələri Dəməşqdəki prezident sarayı, Müdafiə Nazirliyi və Baş Qərargah binasını hədəfə almışdı. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Bütün Xəbərlər