İran hava müdafiə sistemlərini bərpa etdi
İran Silahlı Qüvvələrinin komandan müavini, admiral Mahmud Musəvi bildirib ki, İsraillə 12 günlük münaqişə zamanı zədələnmiş hava hücumundan müdafiə sistemləri qısa müddətdə tamamilə əvəz olunub və ölkənin müdafiə qabiliyyəti bərpa edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Musəvi qeyd edib ki, İsrail ilk zərbələrini məhz hava hücumundan müdafiə və digər strateji hərbi obyektlərə endirib. Buna baxmayaraq, İran hərbçiləri düşmənlə fasiləsiz qarşıdurma şəraitində sistemlərin döyüş hazırlığını təmin etməyə nail olub.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün sonra İran cavab hücumuna keçib. ABŞ isə 22 iyun gecəsi İranda üç nüvə obyektini vurub. 23 iyun axşamı İran Qətərdə yerləşən Əl-Udeyd aviabazasına raket hücumu həyata keçirib.
Türkan İsgəndərli