İndoneziyada vulkan partlamaları baş verdi
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında 2 partlayış qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Antara News” məlumat yayıb.
Rəsmilərin açıqlamasına görə, yerli vaxtla saat 05:01-də baş verən ilk partlayış təxminən 140 saniyə davam edib.
Vulkanın püskürdüyü külün təxminən 500 metr yüksəkliyə qalxdığı və cənub-qərb istiqamətində hərəkət etdiyi bildirilib.
Mütəxəssislər Semeru vulkanının hələ də "2-ci xəbərdarlıq" səviyyəsində olduğunu və zirvədən 8 kilometr məsafədə yerləşən Besuk Kobokan bölgəsi boyunca cənub-şərq hissədə bütün fəaliyyətlərin qadağan edildiyini vurğulayıblar.
Qeyd edək ki, İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.
Aysel Mətləb