HƏMAS iki israilli əsirin meyitini qaytardı
HƏMAS hərəkatının nümayəndələri iki israilli əsirin meyitinin qalıqlarını Qırmızı Xaç nümayəndələrinə təhvil veriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Məlumatı İsrail Müdafiə Qüvvələri və "Şin Bet" təsdiqləyib. Əsirlərin meyitlərinin qalıqlarının olduğu iki tabut Qəzza zolağında Qırmızı Xaça təhvil verilib və tezliklə israilli hərbçilərə çatdırılacaq.
İsrail Baş naziri Binyamin Netanyahu öz növbəsində bildirib ki, ölkə bütün girovları və həlak olan israillilərin qalıqlarını qaytarmaqda qərarlıdır.
"Yekunda HƏMAS silahsızlaşdırılacaq, Qəzza isə hərbsizləşdiriləcək. Xarici qüvvələr bunu etsə, yaxşı olar, amma etməsələr, biz özümüz edəcəyik", - o qeyd edib.