Fransa “Tchap”dan istifadəni məcburi edir

Fransa “Tchap”dan istifadəni məcburi edir
02.09.2025 18:15 Dünya

Fransa hökuməti bütün dövlət qulluqçularını rəsmi yazışmalar üçün yerli istehsal olan “Tchap” adlı mesajlaşma tətbiqinə keçməyə məcbur edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın nüfuzlu qəzetlərindən biri olan “Le Figaro” məlumat yayıb.

1 sentyabrdan etibarən dövlət işçiləri və bütün nazirlik əməkdaşları, eləcə də Nazirlər Kabinetinin üzvləri yalnız “Tchap” üzərindən ünsiyyət qurmalı və rəsmi məlumatları paylaşmalıdırlar. Bu qərar Baş nazir Fransua Bayru tərəfindən yayılan yay dövründəki daxili sənəd əsasında qüvvəyə minib.

“Tchap” tətbiqi Fransanın Rəqəmsal Texnologiyalar üzrə İdarələrarası Direktorluğu (DINUM) və Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən hazırlanıb. Tətbiqin əsas məqsədi dövlət strukturları arasında aparılan peşəkar yazışmaların təhlükəsizliyini təmin etmək və məlumat sızıntısının qarşısını almaqdır.

Fransa hökuməti bu addımı vatsap və teleqram kimi məşhur ani mesajlaşma xidmətlərində təhlükəsizlik boşluqlarının olması ilə izah edir. Rəsmilər hesab edir ki, bu platformalar rəsmi yazışmalar üçün yetərincə güvənli deyil və xarici müdaxilələrə açıq ola bilər.

“Tchap” isə məhz bu riskləri azaltmaq və dövlət məlumatlarını daxili, nəzarət olunan bir platformada qorumaq üçün yaradılıb. Beləliklə, bu Fransa dövlətinin kibertəhlükəsizlik sahəsində daha sərt və məqsədyönlü addımlarından biridir.

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər