Dünyada ərzaq qiymətləri ucuzlaşdı

Dünyada ərzaq qiymətləri ucuzlaşdı
07.06.2025 17:53 Dünya

Bu ilin may ayında dünyada ərzaq məhsullarının qiymətləri azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Ötən ay FAO Ərzaq Qiymətləri İndeksi orta hesabla 127,7 bənd olub. Bu, aprellə müqayisədə 0,8 faiz bəndi azdır, lakin bir il əvvələ nisbətən 6 faiz bəndi çoxdur.

Ərzağın ucuzlaşmasına səbəb kimi əmtəə birjalarında qarğıdalı və palma yağının qiymətlərinin kəskin azalması göstərilir.

Belə ki, ay ərzində FAO Bitki Yağı Qiymətləri İndeksi 3,7 faiz bəndi azalıb. Bu da Cənub-Şərqi Asiyada mövsümi istehsalın həcminin kəskin artması, Cənubi Amerikada tələbatın zəifləməsi, Avropa İttifaqında isə qiymətlərin aşağı düşməsi ilə bağlıdır.

Bundan başqa, mayda FAO Taxıl Qiymətləri İndeksi ABŞ-da rekord həcmdə məhsul gözləntiləri fonunda 1,8 faiz bəndi azalıb, FAO Düyü Qiymətləri İndeksi isə güclü tələbat fonunda 1,4 faiz bəndi artıb.

Ötən ay FAO Şəkər Qiymətlər İndeksi 2,6 faiz bəndi azalıb. Səbəb kimi dünya iqtisadiyyatında qeyri-müəyyənlik, içki və qida sənayesində tələbatın zəifləməsi və gələn mövsümdə qlobal istehsalın bərpa olunacağı gözləntiləri göstərilir.

FAO Ət Qiymətləri İndeksi 1,3 faiz bəndi artıb. Bu artım qoyun, donuz və mal ətinin qiymətlərinin yüksəlməsi ilə əlaqəlidir. Əvəzində, toyuq əti qiymətləri azalıb. Bu isə Braziliyada may ayının ortalarında yüksək patogenli quş qripinin aşkarlanması nəticəsində bir çox əsas idxalçı ölkələrin embarqo tətbiq etməsi və daxili təchizatın artması ilə bağlıdır.

FAO Süd Məhsulları Qiymətləri İndeksi isə 0,8 faiz bəndi artıb. Asiyadan olan güclü tələbat beynəlxalq kərə yağı qiymətlərini tarixi yüksək səviyyədə saxlayıb və bu da pendir və tam süd tozu qiymətlərində artıma səbəb olub.

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər