Britaniyada avtomobil istehsalı kəskin azaldı

Britaniyada avtomobil istehsalı kəskin azaldı
28.06.2025 09:10 Dünya

Böyük Britaniyada avtomobil istehsalı may ayında son 76 ilin ən aşağı səviyyəsinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, ölkədə cəmi 49 min 810 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1/3 azalma deməkdir.

2020-ci ildəki pandemiya dövrü istisna olmaqla, bu göstərici 1949-cu ildən bəri ən aşağı rəqəmdir.

Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyəti (SMMT) istehsalın bu qədər azalmasını əsasən ABŞ-a ixracın kəskin düşməsi ilə əlaqələndirir. Belə ki, mart ayında ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik idxal rüsumları bir çox avtomobil istehsalçısını bu ölkəyə göndərişləri dayandırmağa vadar edib. SMMT bildirir ki, iyun ayının sonunadək ABŞ-ın Britaniya avtomobillərinə tətbiq etdiyi rüsumlar ləğv ediləcək, bu isə gələcək üçün müəyyən nikbinlik yaradır.

İstehsalın azalmasına başqa səbəb isə zavodların elektrikli avtomobil istehsalına uyğunlaşdırılmasıdır.

XƏBƏR LENTİ
02 IYUN 2026
Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Bütün Xəbərlər