Britaniya Starmerin yerinə namizədlər axtarmağa başlayır

Britaniya Starmerin yerinə namizədlər axtarmağa başlayır
05.02.2026 22:40 Dünya

Böyük Britaniyada hakim Leyboristlər Partiyasının deputatları partiya lideri və Baş nazir Kir Starmerin əvəzlənməsi üçün mümkün namizədlər axtarmağa başlayıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, bu məqsədlə partiyanın nüfuzlu üzvlərinə namizədliklərini irəli sürmək təklif olunub. 

Məlumata əsasən, bu cür təkliflər keçmiş vitse-premyer Anjela Reynerə və səhiyyə naziri Ues Stritinqə ünvanlanıb.  

Nəşr anonim nazirin sözlərinə istinadən yazır ki, faktiki olaraq partiya daxilində liderliyin dəyişdirilməsi kampaniyasına başlanması çağırışları edilir. Qeyd olunub ki, məsələ fevralın 5-də leyborist deputatların görüşündə, həmçinin partiya üzvlərinin “WhatsApp” qrupunda müzakirə edilib. 

Mənbə əlavə edib ki, Kir Starmerin siyasi mövqeyi ABŞ-yə səfir təyin olunmuş Piter Mandelsonla bağlı qalmaqaldan sonra zəifləyib. Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı yayılan materiallarda adının hallanması ictimai rezonans doğurub. 2025-ci ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılan Mandelson fevral ayında Leyboristlər Partiyasını və Lordlar Palatasını da tərk edib. 

Məlumata görə, “Scotland Yard” Mandelsonla bağlı cinayət araşdırmasına başlayıb, Starmer isə fevralın 5-də bu təyinatla bağlı üzr istəmək məcburiyyətində qalıb.  

“The Spectator” jurnalı yazır ki, yaranmış qalmaqal Kir Starmer üçün baş nazir postunun itirilməsi ilə nəticələnə bilər. 

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 All News