Yeni təyin olunan hakimlər and içdilər

Yeni təyin olunan hakimlər and içdilər
04.03.2026 16:15 Daxili siyasət

Prezident İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub.

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib. Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, son illər aparılmış islahatlar nəticəsində məhkəmələrə çıxış imkanları genişləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda, hakimlərin seçimi prosesi şəffaflaşdırılıb və sadələşdirilib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 All News