Texniki reqlamentlərin hazırlanması üçün 4 ay müddət müəyyən edildi

Texniki reqlamentlərin hazırlanması üçün 4 ay müddət müəyyən edildi
08.07.2025 17:15 Daxili siyasət

Azərbaycanda texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, dəyişdirilməsi və beynəlxalq texniki reqlamentlərin tanınması ilə bağlı prosedurlar yenidən müəyyənləşdirilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi Qaydaları"nda öz əksini tapıb.

Sənədə əsasən, texniki reqlamentlər yalnız malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məcburi tələblər müəyyən edir. Malların dizaynı və xarici görünüşü istisna olmaqla, texniki reqlamentlər istehsal, terminologiya, simvol, qablaşdırma, etiketləmə, istifadə, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələbləri əhatə edə bilər.

Texniki reqlament layihələrinin hazırlanmasını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təşkil edir. Layihələr ya Agentliyin təşəbbüsü ilə, ya da aidiyyəti dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin təklifləri əsasında hazırlanır.

Layihənin hazırlanması üçün maksimal müddət 4 ay olaraq müəyyən edilib. Hazırlanan layihə ilkin baxışdan sonra aidiyyəti dövlət qurumları ilə razılaşdırılır, ictimai müzakirəyə çıxarılır və ictimai rəylər toplanır. Rəylər təhlil edildikdən sonra yekun layihə ekspertizaya təqdim olunur.

Ekspertiza müddəti 30 iş günü təşkil edir. Layihədə uyğunsuzluq aşkarlanarsa, düzəlişlər üçün geri qaytarılır. Ekspertizadan keçmiş və razılaşdırılmış layihə Nazirlər Kabinetinə təqdim olunur. Texniki reqlamentlərin qəbulunu Nazirlər Kabineti həyata keçirir.

Qaydalara əsasən, texniki reqlamentlərin qüvvəyə minməsi üçün adətən 6 ay müddət müəyyən edilir. Lakin zərurət yarandıqda bu müddət qısaldıla bilər.

Yeni qaydalarda texniki reqlamentlərin dəyişdirilməsi və ləğvi mexanizmi də ətraflı tənzimlənir. Dövlət qurumları, hüquqi və fiziki şəxslər texniki reqlamentlərin dəyişdirilməsi və ya ləğvi ilə bağlı Agentliyə müraciət edə bilər. Agentlik bu müraciətləri araşdıraraq müvafiq qərar qəbul edir və nəticələri ictimaiyyətə açıqlayır.

Bundan başqa, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin Azərbaycanda tanınması və tətbiqi ilə bağlı prosedurlar da müəyyən olunub. Beynəlxalq texniki reqlamentlər yalnız Azərbaycan qanunvericiliyinə zidd olmadığı halda qəbul edilə bilər.

Bu proses zamanı insan sağlamlığının, ətraf mühitin mühafizəsi, istehlakçı hüquqlarının qorunması, rəqabət qabiliyyətinin artırılması və ticarətdə maneələrin aradan qaldırılması kimi meyarlar nəzərə alınır. Beynəlxalq texniki reqlamentlərin tanınmasına dair son qərarı Nazirlər Kabineti tərəfindən verir.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər