MM iki qanuna dəyişikliyi qəbul etdi

MM iki qanuna dəyişikliyi qəbul etdi
23.05.2025 12:12 Daxili siyasət

Namizədlərə məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən qurumun Apellyasiya Şurasına şikayət imkanı veriləcək. 

TodayPress TV xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2024-cü il 7 noyabr tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb. 

Qeyd edilib ki, müvafiq dəyişikliklərdən irəli gələrək Əmək Məcəlləsində işçinin iş yeri və orta əmək haqqının saxlanıldığı hallar sırasından hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərilməsi müddəasının çıxarılması təklif edilir. 

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunda Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydalarını və Ədliyyə orqanlarında stajorluq və sınaq keçməni tənzimləyən maddələrindən hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin, ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilməsi, həmçninin stajorluq və sınaq müddətinin müəyyən edilməməsi müddəalarının çıxarılması təklif edilir. 

Bundan başqa, həmin qanun layihəsində "Dövlət qulluğu haqqında" qanununda məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət vermək imkanı nəzərdə tutulub. 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər