Daxili qoşunlar üçün odlu silahın tətbiqi ilə bağlı şərtlər müəyyənləşir

Daxili qoşunlar üçün odlu silahın tətbiqi ilə bağlı şərtlər müəyyənləşir
09.09.2025 17:05 Daxili siyasət

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşdirilir.

TodayPress TV xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.

Bundan başqa, bir sıra hallarda daxili qoşunların hərbçiləri odlu silahı xəbərdarlıq etmədən tətbiq edə biləcək.

Belə ki, daxili qoşunların qulluqçuları mühafizə olunan obyektə, qarovula (qoşun naryadına) silahdan, döyüş texnikasından, xüsusi texnikadan və nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf etdikdə, silahlı müqavimət göstərən şəxsi zərərsizləşdirilərkən, cinayət törətmiş şəxs silahı ələ keçirməklə və ya ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxs nəqliyyat vasitələrindən istifadə etməklə mühafizə altından qaçdıqda xəbərdarlıqsız odlu silah tətbiq edə biləcəklər.

Eyni zamanda daxili qoşunların qulluqçuları odlu silahdan xəbərdarlıqsız azadlıqdan məhrum edilmiş şəxslər tərəfindən törədilən basqın dəf edildikdə, öz vəzifə borclarını icra edən daxili qoşunların və daxili işlər orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluq işçilərinin həyatına bilavasitə təhlükə törədən qərəzli hərəkətlər edildikdə, insan həyatına və sağlamlığına real təhlükə yaradan heyvan hücumunun qarşısı alındıqda, təhlükə və ya həyəcan siqnalı verildikdə də istifadə edə biləcəklər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər