Azərbaycan və Türkiyə Gənclər fondları birgə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Türkiyə Gənclər fondları birgə əməkdaşlığı müzakirə etdi
19.06.2025 17:05 Daxili siyasət

Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə TodayPress TV-yə Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, səfər proqramına uyğun olaraq Azərbaycan Respublikasının Gənclər Fondu və ölkənin aparıcı gənclər təşkilatları ilə Türkiyə nümayəndə heyəti arasında Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüş təşkil edilib. Görüş zamanı gələcəkdə təhsil, könüllülük, startap və innovasiya sahələrində birgə əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, bu cür səfərlər iki qardaş ölkənin gəncləri arasında həmrəyliyi daha da gücləndirəcək, yeni ortaq təşəbbüslərə zəmin yaradacaq. Həmçinin Mərkəz tərəfindən gənclər təşkilatları və gənclər üçün yaradılan imkanlar barədə qonaqlara ətraflı məlumat verilib.

Səfər proqramının gedişatında Azərbaycan Könüllü Təşkilatları İttifaqının ofisində olan Türkiyə nümayəndə heyəti ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı və onun davamlı inkişafı üçün həyata keçirilən yeni təşəbbüslər barədə ətraflı məlumat əldə edib. Həmçinin könüllülərin özləri ilə birbaşa görüşərək könüllülüyə günü-gündən artan marağı bilavasitə onların dillərindən dinləyiblər.

Bununla yanaşı, qonaqlar Azərbaycanın tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.

Bu səfər iki ölkənin gəncləri arasında münasibətlərin dərinləşməsi və gənclərin inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər