Yerdə maqnit fırtınası baş verəcək

Yerdə maqnit fırtınası baş verəcək
17.03.2026 10:54 Cəmiyyət

Günəşdə baş verən güclü partlayış nəticəsində yaranan plazma buludu Yerə doğru hərəkət edir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyalı alimlər məlumat verib.

Məlumata görə, bu səbəbdən martın 19-u, cümə axşamı səhər saatlarında Yer kürəsində maqnit fırtınasının başlaması gözlənilir.

Mütəxəssislər bildirir ki, plazma buludu təxminən 670 km/s sürətlə hərəkət edir və onun Yerə çatması 60 saatdan bir qədər çox vaxt aparır. Hesablamalara görə, buludun səhər saat 05:00–07:00 aralığında planetimizə çatacağı ehtimal olunur.

Gözlənilən maqnit fırtınasının gücü G2–G3 səviyyəsində olacaq. Daha güclü, G4 səviyyəsinə çatma ehtimalı isə çox aşağı qiymətləndirilir.

Alimlər qeyd edirlər ki, Günəş partlayışının gücü çox yüksək olmadığı üçün maqnit fırtınası uzun sürməyəcək və təxminən 10 saat davam edəcək.

Qeyd edək ki, maqnit fırtınaları xüsusi şkala ilə ölçülür: G1 zəif, G5 isə son dərəcə güclü fırtına hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 All News