Yağış yağacaq – SABAHIN HAVASI
Azərbaycanda dekabrın 3-də havanın yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.