XRİTDX-də 2025‑ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi

XRİTDX-də 2025‑ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi
22.07.2025 10:28 Cəmiyyət

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025‑ci ilin yanvar–iyun aylarının yekunlarına həsr olunmuş geniş tərkibli müşavirə keçirilib.

TodayPress TV xəbər verir ki, iclası giriş sözü ilə açan Xidmət rəisi general‑leytenant İlqar Musayev dünyada yeni texnologiyaların sürətlə tətbiq edildiyi bir zamanda informasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində ölkəmizin mühüm uğurlar qazandığını vurğulayıb.

Eləcə də, İ. Musayev Xidmət tərəfindən həyata keçirilən islahatlar, kibertəhlükəsizlik sahəsində milli resursların gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyalara əsaslanan yeni layihələrin icrası və informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqların artırılması istiqamətində görülmüş işlər, həmçinin qarşıda duran prioritet vəzifələr barədə ətraflı danışıb və bu sahədə fəaliyyətin daha da səmərəli təşkili ilə bağlı aidiyyəti struktur rəhbərlərinə tapşırıqlar verib.

Daha sonra Xidmətin fəaliyyət istiqamətlərini və gələcək planlarını əhatə edən hesabat təqdim olunub. Müşavirə zamanı çıxış edən struktur bölmələrin rəhbərləri hesabat dövründə dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqələndirilməsi, internet informasiya resurslarının Məlumat və Resurs Mərkəzində yerləşdirilməsi və istismarı, informasiya təhlükəsizliyinin təmin olunması və bu sahədə tələblərin gücləndirilməsi ilə bağlı görülən işlər barədə geniş məlumat veriblər.

Qeyd olunub ki, əldə edilən nəticələr ötən ilin eyni dövrü ilə müqayisədə Xidmətin fəaliyyətində texnoloji imkanların genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və kibertəhlükəsizlik sahəsində institusional inkişaf istiqamətində ciddi irəliləyişləri nümayiş etdirir.

Tədbirin sonunda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir sıra əməkdaşına mükafatlar təqdim olunub.

FOTOLAR

XRİTDX-də 2025‑ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi — 1
XRİTDX-də 2025‑ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi — 2
XRİTDX-də 2025‑ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi — 3
XRİTDX-də 2025‑ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər