Vəkillər Kollegiyası Gəncə Regional Bürosunun bir hissəsi bərpa edildi

Vəkillər Kollegiyası Gəncə Regional Bürosunun bir hissəsi bərpa edildi
16.05.2025 21:10 Cəmiyyət

Hər bir memarlıq abidəsi, sadəcə, daş və ya kərpicdən ibarət tikili deyil, o həm də keçmiş zamanın izlərini, memarlıq üslubunu, ictimai və mədəni dəyərlərini özündə yaşadan canlı bir tarixdir.

TodayPress Tv xəbər verir ki, bu günlərdə Gəncə şəhərində yerləşən daha bir tarixi bina bərpa olunub.

Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış tikili (inventar nömrəsi 3927) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə Regional Vəkil Bürosunun inzibati binasının bir hissəsi kimi fəaliyyət göstərir.

XIX əsrdə inşa olunmuş tarixi abidənin bərpası zamanı yalnız estetik deyil, eyni zamanda elmi və tarixi yanaşmalar əsas götürülüb. 

Abidənin fasadında aparılan təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılıb və mütəxəssislərin nəzarəti altında Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən icra olunub.

Gəncə şəhərinin memarlıq üslubuna uyğun şəkildə bişmiş kərpicdən tikilmiş binanın bərpası zamanı zədələnmiş və aşınmış kərpiclər yeniləri ilə əvəz olunub, hörgü tikişləri yuyulub, əvvəlki dövrlərdə vurulmuş sement və boya qatları təmizlənib. Ümumilikdə binanın vizual və tarixi orijinallığı qorunub saxlanılıb, eyni zamanda cəmiyyətə xidmət göstərmək üçün funksional məkan kimi yenidən istifadəyə verilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər