Tükənmiş işçilərlə necə davranılmalıdır? – Mütəxəssis AÇIQLADI

Tükənmiş işçilərlə necə davranılmalıdır? – Mütəxəssis AÇIQLADI
05.06.2025 17:56 Cəmiyyət

"Müəssisələrdə işçilərin emosional tükənməsi və peşəkar yanma halları iş keyfiyyətinə birbaşa təsir göstərdiyi üçün rəhbərlik bu məsələyə xüsusi diqqət ayırmalıdır".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib. 

Onun sözlərinə görə, müəssisə rəhbərləri işçilərin psixoloji durumunu, emosional vəziyyətini və ümumi faydalı iş əmsalını daim nəzərə almalıdırlar. 

“Əgər müəssisə yüksək iş keyfiyyəti istəyirsə, bu, ilk növbədə işçinin psixoloji rahatlığı və emosional stabilliyindən asılıdır. Müəssisədə psixoloji iqlim, rəhbər-işçi münasibətləri sağlam və anlayışlı olmalıdır. Bu həm rəhbərin menecerlik bacarığı, həm də təşkilati yanaşması ilə bağlıdır. Emosional tükənməyə məruz qalan işçilər öz məzuniyyət hüquqlarından istifadə etməklə bu vəziyyətdən qismən çıxa bilərlər. Əmək Məcəlləsinə əsasən, işçilər illik məzuniyyətlərindən istədikləri vaxt istifadə edə  bilərlər". 

Sosioloq vurğulayıb ki, əgər işçi emosional tükənmə və ya peşəkar yanma yaşayırsa, bu zaman məzuniyyətini həmin dövrə sala bilər. Həmçinin müəssisə rəhbərliyi də bu məsələdə dəstək göstərməli, həmin əməkdaşı müvəqqəti əvəzləyəcək şəxslərlə işin davamlılığını təmin etməlidir. 

Ekspert hesab edir ki, bu cür hallar üçün ilkin mərhələdə diaqnostik qiymətləndirmə və psixoloji testlər tətbiq olunmalı, nəticələrə əsasən işçiyə uyğun dəstək mexanizmi müəyyənləşdirilməlidir.  

“Testlər vasitəsilə işçinin emosional vəziyyəti ölçülə bilər. Əgər nəticələr peşəkar yanmanı təsdiqləyirsə, o zaman işçiyə əlavə istirahət imkanı tanınmalı və bu, müəssisədaxili imkanlarla tənzimlənməlidir", – deyə Üzeyir Şəfiyev yekunlaşdırıb.

Qeyd edək ki, bəzi ölkələrdə emosional tükənmiş işçilərə məzuniyyət verilir.

Türkan İsgəndərli

FOTOLAR

Tükənmiş işçilərlə necə davranılmalıdır? – Mütəxəssis AÇIQLADI — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər