Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər yolunun tikintisi davam edir

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər yolunun tikintisi davam edir
19.09.2025 11:57 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolunun tikintisini davam etdirir.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, layihənin başlanğıc nöqtəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan qəsəbəsi, son nöqtəsi isə Kəlbəcər rayonu ərazisində yerləşən və Kəlbəcər–Laçın avtomobil yolu ilə kəsişən "Vəng dairəsi"dir.

Ümumi uzunluğu 77.6 km olan avtomobil yolu II texniki dərəcəyə uyğun olaraq, iki hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 15 metr təşkil edir.

Layihə üzrə torpaq işləri çərçivəsində yolun ilk 24 km-lik hissəsində yararsız qrunt qazılaraq çıxarılıb, torpaq yatağı isə yolun alt və üst yamacları hesabına genişləndirilib. Eyni zamanda, bu hissədə yol əsasının və ilk 20 km-lik sahədə asfalt-beton örtüyün alt laylarının tikintisi başa çatdırılıb. Yolun 21-25 km hissəsində isə mövcud qaya süxurları mexanizmlərlə parçalanaraq ərazidən kənarlaşdırılıb.

Bundan əlavə, 63-78 km-lik hissədə, xüsusilə sərt relyefə malik qayalıq ərazilərdə torpaq yatağının genişləndirilməsi və təhlükəsizlik üçün lazım olan görünmə məsafələrinin təmin olunması məqsədilə mexaniki qazma və partlayış işləri aparılır. Xüsusilə 68-78 km-lik sahələrdə bu işlər intensiv şəkildə həyata keçirilir.

Paralel olaraq, yolun təhlükəli yamac hissələrində sürüşmə və uçqunların qarşısının alınması üçün daş istinad divarlarının tikintisi aparılır. Layihə çərçivəsində müxtəlif ölçüdə suötürücü boruların, su keçidlərinin və körpülərin tikintisi və əsaslı təmiri işləri də icra olunur.

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq əsas infrastruktur layihələrindən biridir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər