Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi

Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi
25.06.2025 17:06 Cəmiyyət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şirvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə TodayPress TV-yə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, qəbulda əsasən Şirvan və Salyanda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.

Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır.

Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub.

FOTOLAR

Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 1
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 2
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 3
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 4
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 5
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 6
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 7
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 8
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər