Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması mövzusunda konfrans keçirdi

Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması mövzusunda konfrans keçirdi
20.06.2025 17:09 Cəmiyyət

İyunun 20-də Daxili İşlər Nazirliyi tərəfindən “Qadınlara qarşı zorakılıq hallarının, ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması mövzusunda konfrans keçirilib.

TodayPress TV xəbər verir ki, konfransda Nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.

Konfrans zamanı ailə münaqişəsi, həmçinin məişət zorakılığı ilə bağlı polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşıldığı, cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində Nazirlik tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlərin görüldüyü, proqramların qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Çıxışçılar Nazirliyin “102” Xidməti-Zəng Mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlərinin, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesablarının qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının vaxtında alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət etdiyini və ötən dövr ərzində bu istiqamətdə effektiv nəticələrin əldə olunduğunu bildiriblər.  

Qeyd olunub ki, Nazirlik tərəfindən ailə-məişət zəminində zorakılıq hallarına qarşı fəaliyyətin məqsədyönlü təşkili, o cümlədən işin aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı qurulması, ictimaiyyətlə polis orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, davamlı məlumat mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.

Sonda konfrans iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

FOTOLAR

Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması mövzusunda konfrans keçirdi — 1
Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması mövzusunda konfrans keçirdi — 2
Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması mövzusunda konfrans keçirdi — 3
Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması mövzusunda konfrans keçirdi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər