Komitə sədri “Yüksəliş”in yeganə qadın qalibindən yazdı

Komitə sədri “Yüksəliş”in yeganə qadın qalibindən yazdı
25.07.2025 20:30 Cəmiyyət

"Yüksəliş müsabiqəsi ölkəmizdə istedadlı, bacarıqlı və liderlik keyfiyyətlərinə malik gənclərin üzə çıxarılması və inkişafı məqsədilə yaradılmış ən nüfuzlu təşəbbüslərdən biridir"

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Facebook" hesabında yazıb.

O bildirib ki, bu müsabiqə təkcə bilik və bacarığın yox, eyni zamanda iradə, məsuliyyət və ictimai faydaya xidmət etmə istəklərinin qiymətləndirildiyi unikal bir platformadır.

''Əvvəlki illərdən fərqli olaraq bu il müsabiqənin qalibləri sırasında yalnız bir qadının – Fatimə Eyyubun yer alması, bu reallığın fonunda böyük mənəvi əhəmiyyət daşıyır. Bu dəfə yalnız Fatimə təkcə  müsabiqənin deyil, həm də cəmiyyətimizdə qadınların yüksəlişinin simvoluna çevrildi",- komitə sədri vurğulayıb.

Qeyd edim ki, Fatimə Eyyub 2001-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavr,daha sonra ABŞ-nin Arizona Universitetində beynəlxalq ticarət və biznes hüququ ixtisası üzrə magistratura təhsili alıb.

Peşəkar fəaliyyətini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi vəzifəsində davam etdirir. 

O, eyni zamanda vəkildir  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 

Hələ müsabiqənin final mərhələsində mentor kimi iştirak edərkən Fatimə ilə tanış olmaq və onun performansına birbaşa şahidlik etmək imkanım olmuşdu.

Ev tapşırıqlarını yerinə yetirərkən 6 nəfərin içərisində göstərdiyi yüksək məsuliyyət, dəqiqlik və təşəbbüskarlıq dərhal diqqətimi cəlb etmişdi. İştirakçılardan yalnız birinə 1 bal vermək imkanından onun xeyrinə istifadə etmişdim. 

Və  nəticədə onun qalib olmasına görə və  mənim də düzgün seçim etdiyimə görə çox sevincliyəm.

Fatimənin cəsarəti, özünəinamı, qısa, məzmunlu və qətiyyətli cavabları, səliqəli və peşəkar görkəmi, təbəssümü və yaydığı pozitiv enerji onun necə güclü şəxsiyyət olduğunu göstərirdi.

Məncə o, bu qalibiyyəti ilə yalnız özünü deyil, bütün gənc qadınları təmsil etdi və özünün istədiyi kimi sübut etdi ki, kifayət  qədər təcrübəli olmasda da qalib ola biləcəyinə şübhə doğuran  bütün stereotipləri qırmaq, hədəflərə doğru irəliləmək, maneələri aşmaq və liderlik etmək onun kimi gənc qadınlar üçün də tam real və mümkündür.

Fatimənin uğuru, mənim üçün sadəcə bir sevinc mənbəyi deyil, eyni zamanda gələcəyə, yeni nəsil qadın liderlərin daha çox və sürətlə yetişəcəyinə olan inamımın möhkəmlənməsi oldu. 

Çünki Yüksəliş müsabiqəsi qadınların liderlik mövqeyində daha fəal iştirakını təşviq edən önəmli bir platformadır və Fatimə Eyyub kimi gənclər bu yolda qazandıqları nailiyyətlərlə bizə göstərirlər ki, ölkəmizin gələcəyi güclü, savadlı və vətənə bağlı insanların əllərində formalaşır.

Fatimənin timsalında bütün qızlarımızı cəsarətli olmağa, öz bacarıqlarına inanmağa və yüksək hədəflər uğrunda əzmlə çalışmağa çağırıram.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər