Köçəryandan ETİRAF: İran müharibə zamanı...

Köçəryandan ETİRAF: İran müharibə zamanı...
12.05.2026 14:24 Cəmiyyət

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır. Seçki ərəfəsi Ermənistanda revanşist qüvvələr də baş qaldırmaqdadır.

Məlum məsələdir ki, onlara Rusiya havadarlıq edir. Elə ən əsası Robert Köçəryana... Bunların hamısı məxsusi olaraq hazırlanmış şəxslərdir. İndi də Karapetyan, eyni zamanda Çarukyan Köçəryana dəstək verirlər, onları hakimiyyətə daşımaq istəyirlər ki, öz ideyalarını həyata keçirsinlər.

Köçəryan itirdiyi hakimiyyəti yenidən qazanmaq üçün dəridən-qabıqdan çıxır. Suya düşmüş xəyallarını bərpa etmək üçün sərsəm bəyanatlar səsləndirir. Lakin o, bəyanatlarında bəzi acı gerçəkləri də etiraf edir.

Köçəryan deyir: “Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır - bir neçə ton metal. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm. 44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq".

Köçəryan açıq şəkildə bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə - İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yol da bağlı olacaq.  

Köçəryan bir daha müharibə istədiyini bəyan edir, 44 günlük müharibədə və ondan əvvəlki dövrlərdə erməni hərbi cinayətlərinə ortaq olan dövlətin adını çəkir, məhz İran vasitəsilə Ermənistana silah-sursat daşındığını etiraf edir, bu gün isə o imkanların olmadığından şikayətlənir.

44 günlük müharibə zamanı İranın mövqeyinə dair daha bir faktı uzun illər İranla yaxşı münasibətləri olmuş Köçəryanın öz dilindən eşidirik. Açıq mətnlə söyləyir ki, yeganə silah yolumuz İran idi. Bu fakt uzun illər Azərbaycana qarşı davam edən işğalçı Ermənistanın İrandan aldığı dəstəyin göstəricisidir.

Əslində Köçəryanın İranla yaxın münasibətlərinin olması bizə çoxdan məlumdur. Yəni İranın Ermənistana göstərdiyi hərbi və siyasi dəstəyi haqda Köçəryandan yaxşı bilən ikinci şəxs yoxdur.

Hətta onun İrana eks-prezident kimi səfər etməsi bizim yaddaşımızdan silinməyib.

Belə ki, Köçəryan 26 dekabr 2001-ci il və 5 iyul 2006-cı illərdə Ermənistan prezidenti kimi İrana səfər etməklə yanaşı, 2010-cu ildə prezident postundan gedəndən sonra çox qəribə bir statusda - "Ermənistanın eks-prezidenti" kimi İrana gedib, İran prezidenti və XİN başçısı ilə görüşüb.  

İranın 44 günlük müharibə zamanı Zəngilanda ordumuzun hərəkətinə imkan verməmək üçün maneələr yaratdığı məlum idi. İndi Köçəryanın verdiyi açıqlamadan bir daha aydın olur ki, İran silah-sursat daşıması üçün də öz hava məkanının Ermənistanın ixtiyarına veribmiş...

(Lent.az)

NEWS FEED
01 JUNE 2026
Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 All News