“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi

“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi
26.05.2025 11:45 Cəmiyyət

Mayın 23-də Nəsimi rayon rokurorluğunda  “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr və media nümayəndələri iştirak ediblər. 

Seminarı giriş sözü ilə açan Nəsimi rayon prokuroru Həsən Hənifəyev Azərbaycan Respublikasının müasir hüquqi sisteminin formalaşmasında, xüsusilə dövlət suverenliyinin qorunması və Konstitusiyanın qəbul olunması prosesində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib.

O, bu istiqamətdə gənclərin hüquqi düşüncəsinin və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini vurğulayıb. 

Daha sonra çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşov və Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov hüquqi maarifləndirmənin, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışların və cəmiyyətlə əlaqələrin əhəmiyyətindən danışıblar. 

Çıxışlarda həmçinin vurğulanıb ki, 1995-ci ildə qəbul olunan Konstitusiya hüquqi dövlətin əsasını qoymaqla bərabər, xalqın suveren iradəsini əks etdirib və bu proses birbaşa Heydər Əliyevin liderliyi ilə həyata keçirilib. 

Seminarın sonunda iştirakçılara ümummilli lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş etdirilib.   

Tədbir interaktiv formada davam edib, tələbələr çıxışçılara hüquqi sahədə maraqlandıran suallar ünvanlayaraq cavablar əldə edib.

FOTOLAR

“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi — 1
“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi — 2
“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi — 3
“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi — 4
“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi — 5
“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi — 6
“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi — 7
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər