Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü

Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü
19.08.2025 13:11 Cəmiyyət

Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, çıxışçılar sərhədçilərin peşə bayramını təbrik ediblər. Həmçinin onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmi ilə əldə olunan uğurlardan, eləcə də qüdrətli Silahlı Qüvvələrin, o cümlədən DSX-nin formalaşdırılmasından, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən bəhs ediblər.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, hərbi qulluqçuların məişət və xidmət şəraiti, eləcə də, qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara bayram münasibəti ilə hədiyyələr təqdim edilib.

FOTOLAR

Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü — 1
Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü — 2
Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü — 3
Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü — 4
Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü — 5
Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü — 6
XƏBƏR LENTİ
02 IYUN 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 Bütün Xəbərlər