“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi

“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi
19.05.2025 15:50 Cəmiyyət

“Gənc İstedadlar Proqramı” çərçivəsində beş müxtəlif meyar əsasında iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi davam edir.

TodayPress TV xəbər verir ki, bu məqsədlə “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayevin, Biznes proseslərin Təhlili və Analitikası Departamentinin rəisi Zabil İbayevin və Maliyyə Planlaması və Təhlili Departamentinin rəisi Ruslan Xankişiyevin mentorları olduğu təcrübəçilər fərdi araşdırma mövzularını təqdim ediblər.

Bu dəfəki təqdimatda baş direktorun Maliyyə üzrə müavini vəzifəsini icra edən Fərhad Mədətovla yanaşı, Birliyin şöbə rəisi və digər əməkdaşları iştirak ediblər.

Əvvəlki təqdimatda olduğu kimi təcrübəçilərin fərdi mövzuları dinlənildikdən sonra sual-cavab vasitəsilə digər məqamlara aydınlıq gətirilib. 

Maliyyə Planlaması və Təhlili Departamentinin rəisi Ruslan Xankişiyev təcrübəçilərin təqdim etdiyi mövzuların "Azəriqaz" İB üçün prioritet olduğunu qeyd edərək geniş şəkildə araşdırıldığını bildirib.

Baş direktorun Maliyyə üzrə müavini vəzifəsini icra edən Fərhad Mədətov 3 ildir keçirilən “Gənc İstedadlar Proqram”ını gənclər üçün karyera qurmaq baxımından müsbət qiymətləndirib və SOCAR-ın həyata keçirdiyi bu layihənin təqdirəlayiq olduğunu bildirib. 

Qeyd edək ki, SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində cari il üçün “Azəriqaz” İB üzrə ümumilikdə 11 kvota təqdim edilib. Mart ayından start götürən proqram təlimlər və istehsalat təcrübəsindən ibarət olmaqla, ümumilikdə 5 ay davam edir.

Proqram iştirakçıları baş direktorun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayevin, Biznes proseslərin Təhlili və Analitikası Departamentinin rəisi Zabil İbayevin və Maliyyə Planlaması və Təhlili Departamentinin rəisi Ruslan Xankişiyevin mentorluğu ilə müvafiq struktur və bölmələrdə istehsalat təcrübəsi keçirlər.

FOTOLAR

“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi — 1
“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi — 2
“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi — 3
“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi — 4
“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi — 5
“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər