Əli Məsimli: "Əhalinin ərzaq xərcləri artır"

Əli Məsimli: "Əhalinin ərzaq xərcləri artır"
16.05.2025 14:36 Cəmiyyət

2025-ci ilin ilk dörd ayında əhalinin pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarına, 4,9 faizi içkilər və tütün məmulatlarına, 13,3 faizi geyim və ayaqqabılara, 30,6 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əli Məsimli bildirib.   

Onun sözlərinə görə, əhali bir nəfər üzrə ayda orta hesabla 449,8 manatlıq mal alıb ki, bu da 2024-cü illə müqayisədə 58,2 manat və ya 13 faiz azalmadır. Ərzaq xərcləri 11 faiz, qeyri-ərzaq xərcləri isə 16 faiz azalıb.  Deputatın sözlərinə görə, 2021-ci ildən 2025-ci ilə qədər 4 nəfərlik ailənin aylıq ticarət xərcləri 600 manat artaraq 1800 manata çatıb. Artım alıcılıq qabiliyyətinin yüksəlməsi ilə yox, əsasən inflyasiya ilə bağlıdır. 

“2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 106,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 107,6 faiz təşkil edib. Əslində inflasiya, xüsusən də, bir sıra ərzaq və qeyri-ərzaq mallarının qiymət artımı daha yüksəkdir. İnflyasiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırır, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin güzəranına çox ciddi zərbə vurur”.         

Əli Məsimli hesab edir ki, əhalinin güzəranını yaxşılaşdırmaq üçün islahatlar genişləndirilməli, iqtisadi fəallıq artırılmalı və inflyasiyanın qarşısını alan tədbirlər gücləndirilməlidir. O, xüsusilə Rəqabət Məcəlləsinin tətbiqini və onun effektiv işləməsinin vacibliyini vurğulayıb.           

Qeyd edək ki, rəsmi statistika məlumatlarına görə, 2024-cü ildə Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və   tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.         

Ötən il ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb. 

Türkan İsgəndərli

PHOTOS

Əli Məsimli: "Əhalinin ərzaq xərcləri artır" — 1
NEWS FEED
01 JUNE 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 All News