Ekspert: “Gürcüstanda Azərbaycan dilinin "etnik azlığın dili" kimi dəyişdirilməsi yolverilməzdir”

Ekspert: “Gürcüstanda Azərbaycan dilinin "etnik azlığın dili" kimi dəyişdirilməsi yolverilməzdir”
21.10.2025 16:49 Cəmiyyət

"Gürcüstanda yaşayan azərbaycanlılar əhali baxımından çoxluq təşkil edir. Onların Azərbaycan dilində təhsil alma hüququ təmin edilməlidir".

Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun fikrincə, Azərbaycan dilinin “etnik azlığın dili” kimi dəyişdirilməsi yolverilməzdir və bu məsələ ilə bağlı həm Xarici İşlər Nazirliyi, həm də Təhsil Nazirliyi Gürcüstan tərəfinin müvafiq qurumlarına rəsmi şəkildə müraciət etməlidirlər.

Ekspert əlavə edib ki, Azərbaycanda da gürcü icmasının dil və təhsil hüquqlarına hörmətlə yanaşılır:

"Məsələn, Şəki-Zaqatala bölgəsində, xüsusilə Qax rayonunda bir neçə məktəbdə gürcü bölmələri fəaliyyət göstərir. Bəzi fənnlər Azərbaycan dilində tədris olunsa da, əsas təhsil prosesi gürcü dilində aparılır. Biz bu dilin daşıyıcıları olan vətəndaşlara bu imkanı tanıyırıqsa, Gürcüstan da azərbaycanlılara eyni hüququ təmin etməlidir".

Mütəxəssis hesab edir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı fənnləri əvvəlki kimi bu ad altında tədris edilməli, bu da azərbaycanlıların dilini qoruması, gələcək nəsillərə ötürməsi və milli kimliyini yaşatması baxımından böyük əhəmiyyət daşıyır:

"Bu addım həm Azərbaycan dilinin zənginləşməsinə, həm də ədəbiyyatın öyrənilməsinə töhfə verəcək. Gürcüstan hökuməti və Təhsil Nazirliyi bu amili mütləq nəzərə almalıdır", - deyə Elçin Əfəndi fikrini sonlandırıb.

Qeyd edək ki, bununla bağlı "change.org" platformasında Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadzeyə ünvanlanmış petisiya yerləşdirilib.

Petisiyanın müəllifi, "Maarif” təşkilatının rəhbəri Aygül İsayeva bildirib ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında "Azərbaycan dili və ədəbiyyatı” fənninin adının "etnik azlıqların dili” termini ilə əvəzlənməsi qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.

Onun sözlərinə görə, təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda "Gürcü dili və ədəbiyyatı” yazıldığı kimi, azərbaycanlıların ana dili və ədəbiyyatı ilə bağlı fənnin adının da "Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsi məntiqli və məqsədəuyğundur.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Ekspert: “Gürcüstanda Azərbaycan dilinin "etnik azlığın dili" kimi dəyişdirilməsi yolverilməzdir” — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 Bütün Xəbərlər