Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzi doktoranturaya qəbul elan edir

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzi doktoranturaya qəbul elan edir
16.05.2025 13:06 Cəmiyyət

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 2025-ci il üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli, 275s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı ixtisaslara fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. 

TodayPress TV xəbər verir ki, doktoranturaya sənəd qəbulu 2025-ci il may ayının 16-dan iyun ayının 2-dək Elm və Təhsil Nazirliyinin portal.edu.az sistemi üzərindən aparılacaq. Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçməlidirlər. 

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dil (rus dili istisna olmaqla, ingilis dili), fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. 

Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir. 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində doktoranturaya qəbul imtahanından keçid balı toplamış Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.   

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 

* ərizə (Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin adına);

* kadrların şəxsi-qeydiyyat vərəqi; * tərcümeyi-hal;

* 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

* iş yerindən xasiyyətnamə;

* iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

* çap olunmuş elmi işlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid mövzu üzrə referat;

* xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG – əgər varsa);

* ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

* şəxsiyyəti təsdiq edən sənədin surəti.  Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2025-ci il 2-4 sentyabrda fəlsəfə fənnindən, 9-11 sentyabrda isə ixtisas fənnindən imtahan verəcəklər. 

Doktoranturaya sənədlərin qəbulu hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Məhkəmə Ekspertizası Mərkəzində həyata keçiriləcək. 

Əlavə məlumat üçün Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinə müraciət etmək olar. 

Ünvan: AZ1000, Bakı şəhəri, Xaqani küçəsi 24.

Əlaqə nömrələri: 012-498-05-43; 012-498-72-32

Elektron ünvanlar: [email protected]; [email protected]

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər