“Ədliyyə könüllüləri” proqramının yeni mərhələsi ictimaiyyətə təqdim olundu

“Ədliyyə könüllüləri” proqramının yeni mərhələsi ictimaiyyətə təqdim olundu
30.05.2025 17:02 Cəmiyyət

Ədliyyə Nazirliyi tərəfindən gənclərin inkişafına, peşəkar bacarıqlarının artırılmasına və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına xidmət edən “Ədliyyə könüllüləri” proqramı uğurla icra olunmaqdadır. 2019-cu ildən həyata keçirilən proqramın növbəti mərhələsi dövrün tələblərinə, eləcə də yerli və beynəlxalq təcrübələrə əsasən yenilənmiş formatda ictimaiyyətə təqdim olunub. 

TodayPress TV xəbər verir ki, təqdimatın açılış mərasimində ədliyyə nazirinin müavini Abiddin Hüseynov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, deputatlar - Tural Gəncəliyev, Nurlan Həsənov, Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış edib. 

Açılış mərasimindən sonra keçirilən panel müzakirələrdə könüllü fəaliyyətin təşkil olunduğu ədliyyə orqanları - Notariat, qeydiyyat və reyestr baş idarəsi, Probasiya xidməti və İnsan resursları idarəsinin rəisləri ilə görüş keçirilib.

İnteraktiv formatda keçirilmiş panel müzakirələrdə proqramda iştirak edəcək könüllülər ədliyyə orqanlarının fəaliyyəti barədə ətraflı məlumatlanıb, suallar ünvanlayıb və təcrübəli peşəkarlarla birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Qeyd edək ki, yenilənmiş proqram çərçivəsində Ədliyyə Nazirliyinin aparat və tabeli qurumlarında 15 müxtəlif fəaliyyət istiqaməti üzrə könüllülük proqramlarının həyata keçirilməsi planlaşdırılır. 

FOTOLAR

“Ədliyyə könüllüləri” proqramının yeni mərhələsi ictimaiyyətə təqdim olundu — 1
“Ədliyyə könüllüləri” proqramının yeni mərhələsi ictimaiyyətə təqdim olundu — 2
“Ədliyyə könüllüləri” proqramının yeni mərhələsi ictimaiyyətə təqdim olundu — 3
“Ədliyyə könüllüləri” proqramının yeni mərhələsi ictimaiyyətə təqdim olundu — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər