BDYPİ piyadaları növbəti dəfə qaydalara əməl etməyə çağırdı

BDYPİ piyadaları növbəti dəfə qaydalara əməl etməyə çağırdı
22.10.2025 13:54 Cəmiyyət

Yollarda müşahidə olunan ən təhlükəli hallardan biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Bəzən insanlar yaxınlıqda yeraltı və ya yerüstü piyada keçidi olduğu halda, sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar. Bir anlıq tələskənlik, diqqətsizlik və ya səhlənkarlıq bir çox hallarda faciəvi nəticə ilə bitir. Aparılmış araşdırmalar göstərir ki, piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Bu fakt bir daha göstərir ki, qaydalara əməl etmək sadəcə tövsiyə deyil, həyatın qorunması üçün zəruri şərtdir.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara ünvanlanan növbəti müraciətində bildirilib.

Qeyd edilib ki, əgər piyadanın qayda pozuntusu törətməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və bu hadisə insanın xəsarət almasına və ya ölümünə səbəb olarsa, bu, artıq cinayət məsuliyyəti yaradır.

BDYPİ qarşıdan gələn payız-qış mövsümünü nəzərə alaraq bir daha piyadalara müraciət edərək, onlara yolu yalnız piyada keçidlərindən keçməyi, görünmə məhdud olduğu şəraitdə və qaranlıq vaxtı diqqətli olmağı, parlaq geyimlər geyinməyi, yaxınlaşan avtomobillərin səsini eşitmək üçün qulaqlıqdan istifadə etməməyi tövsiyə edib.

“Unutmayın, qaydalara əməl etmək sizin və ətrafınızdakı insanların həyatının təminatıdır”,- deyə müraciətdə vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər