Bayram öncəsi qiymətlər niyə "ƏL YANDIRIR"?

Bayram öncəsi qiymətlər niyə "ƏL YANDIRIR"?
10.12.2025 17:52 Cəmiyyət

Yeni il bayramı yaxınlaşdıqca paytaxtın mağaza və marketlərində qiymətlərin artması artıq hiss olunur. 

Bu barədə TodayPress TV-yə açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, bayramqabağı qiymət artımı ölkədə hər il təkrarlanan ənənəvi haldır.


Ekspertin sözlərinə görə, əsas problem süni qiymət artımıdır:

"Əhalinin gəlirləri ədədi silsilə ilə artsa da, qiymətlər həndəsi silsilə ilə artır. Hava şəraiti, daşınma xərclərinin və əmək haqqının artması qiymətə təsir edən amillərdir. Lakin "süni qiymət artımı" bu faktorlar arasında ən populyar və ən riskli olanıdır".

İqtisadçı qeyd edib ki, bayramqabağı tələbatın artması bəzi sahibkarların qiymətləri bilərəkdən qaldırmasına şərait yaradır:

"Bu gün hansı məhsula tələbat yüksəkdirsə, onun istehsalçısı qiyməti süni şəkildə artırır. Azərbaycanlılar milli dəyərlərinə bağlıdır, ən imkansız vətəndaş belə çalışır ki, bayram süfrəsini boş qoymasın. Sahibkarlar da bundan istifadə edir".

Akif Nəsirli yarmarkaların təşkilinin qiymətləri müəyyən qədər sabitləşdirdiyini vurğulayıb:

"Bayramqabağı müxtəlif yerlərdə yarmarkalar təşkil olunur, fermer məhsulu birbaşa alıcıya satır. Bu yarmarkalar və aparılan monitorinqlər qiymətlərin tam nəzarətdən çıxmasının qarşısını alır. Məhsulun ərsəyə gəlməsi, hava və digər çətinliklər sahibkara qiyməti həddindən artıq qaldırmaq üçün əsas vermir".

Mütəxəssis bayram günləri yaxınlaşdıqca istehlakçıların daha diqqətli və seçimlərində daha şüurlu olmasını tövsiyə edib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
“Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 All News