Bakıda leysan zamanı suların kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Bakıda leysan zamanı suların kənarlaşdırılması üçün yeni kollektorlar salınır
17.09.2025 15:20 Cəmiyyət

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə müraciət edib və görülən tədbirlərlə bağlı məlumat alıb.

TodayPress TV xəbər verir ki, Xidmətin təqdim etdiyi məlumata görə, tabeliyindəki Sukanal idarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağış və tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmış tədbirlər planına uyğun işlər görülür.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında olan iri kollektorların yuyulması, yağlanması və tənzimlənməsi davam etdirilir. Mövsümlə əlaqədar, yağıntılar zamanı isə həmin qurğular əvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq.

Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızı nöqtələrdə”) briqadalar toplanır, kanalizasiya nasos stansiyalarının fəaliyyəti, yağış sularının təxliyəsi üçün nəzərdə tutulmuş xətlərin idarə olunması ciddi nəzarətdə saxlanılır.

Cari ildə paytaxt ərazisində mühüm infrastruktur işləri də həyata keçirilib:

Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyəsi üçün nəzərdə tutulmuş xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb. Qeyd edilib ki, görülən bu işlər qısamüddətli plan çərçivəsindədir.

Bundan əlavə Xidmət bu istiqamətdə uzunmüddətli tədbirlər də həyata keçirir. Bu kontekstdə yeni kollektorlarla bağlı görülən işlər də diqqət çəkir. Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədi ilə bir neçə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır.

Bildirilib ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl Moskvada, Nyu-Yorkda və Yaponiyada baş verən güclü leysanlar xeyli fəsadlara yol açıb. İnkişaf etmiş şəhərlərdə belə təbiətin qəfil gücü qarşısında nəqliyyat iflic olub, yaşayış binaları və infrastruktur ciddi ziyan görüb. Bu isə göstərib ki, leysan xarakterli yağıntılar təkcə zəif sistemli şəhərlər üçün deyil, ən müasir paytaxtlar üçün də qaçılmaz təhlükədir. Elə buna görə də Bakı kimi böyük şəhərlərdə də qabaqlayıcı tədbirlər vaxtında və planlı şəkildə həyata keçirilməlidir.

Payız-qış aylarının özü ilə gətirdiyi çətinliklərdən biri də leysan xarakterli güclü yağıntılardır. Qeyd edək ki, ötən mövsümdə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda baş verən güclü yağıntılar zamanı aidiyyəti qurumlar arasında operativ koordinasiyanı həyata keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər